Öz şablonlarınız
Konsultasiya, USM, EKQ və digər sənədlər üçün bölmələri öz işinizə uyğun qurun.
Həkimlər üçün süni intellektli katib
Diktə edin və ya pasiyentlə söhbəti qeyd edin. Katib AI dediklərinizi klinik rəyə çevirir. Siz yoxlayır, düzəldir və təsdiqləyirsiniz.
Azərbaycan və rus dilində diktə
Necə işləyir
Xəstə kabinetə daxil olur və oturur.
Xəstənin razılığı ilə masadakı mikrofon söhbəti yazır; mətn monitorda axır.
Şikayətlər, anamnez, müayinə, diaqnoz və tövsiyə bölmə-bölmə yazılır; həkim baxıb ✓ təsdiqləyir.
Əllə yazmaq yoxdur: rəyi bir kliklə çap edin və ya kopyalayıb klinikanızın proqramına yapışdırın.
Həkim tək — qəbuldan sonra rəyi səslə diktə edir.
Diktə real vaxtda seçilmiş şablonun bölmələrinə düşür.
Həkim mətnə baxır və ✓ təsdiqləyir.
Xəstə kuşetkada, həkim USM aparatı ilə müayinə edir və tapıntıları deyir.
Deyilən ölçülər və mətn avtomatik ekrana ötürülür.
Bölmələr dolur, həkim ✓ təsdiqləyir.
Nümunəyə bax
Sənəd növünü seçin və eyni məlumatın transkriptdə və yekun şablonda necə göründüyünə baxın.
Pilot demosuPasiyent üç gündür baş ağrısı və halsızlıqdan şikayət edir. Ağrı axşamlar güclənir, ürəkbulanma yoxdur. Daimi dərman qəbul etmir. Arterial təzyiq yüz qırxa doxsan, nəbz səksən. Nevroloji status normadır. Diaqnoz: arterial hipertenziya, ilk dəfə aşkarlanıb. Tövsiyə: hər gün təzyiq ölçülsün, iki həftə sonra təkrar baxış.
İmkanlar
Konsultasiya, USM, EKQ və digər sənədlər üçün bölmələri öz işinizə uyğun qurun.
EF, TAPSE, təzyiq və doza kimi sahələrdən transkriptdəki ifadəyə keçin.
Sənəd hazır olandan sonra yenidən diktə edin: yeni məlumat əlavə olunur, əl düzəlişləriniz olduğu kimi qalır.
Təhlükəsizlik
Katib AI sənədin qaralamasını hazırlayır. Yekun məzmunu həkim yoxlayır və təsdiqləyir.
Həkimlər və klinikalar pilot proqramına qoşula bilərlər.